Rusiya Prezidenti: “Konstitusiya mənə 2030-cu ildə yenidən prezident seçilməyə imkan verir”

2026/06/1780599741.jpg
Oxunub: 140     23:05     04 İyun 2026    
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkə Konstitusiyası ona 2030-cu ildə yenidən prezident seçilməyə imkan verir.

Ordu.az xəbər verir ki, Putin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə danışıb.

Bununla belə, o qeyd edib ki, bu barədə danışmaq hələ tezdir.

“Yalnız Allah bilir ki, sağlamlığımız sabaha, birigünə qədər yaşamağa və qarşımıza qoyduğumuz məqsədlərə çatmağa imkan verəcəkmi”, - deyə Putin bildirib.

Rusiya Prezidenti vurğulayıb ki, hazırda bu barədə düşünmür.

Onun sözlərinə görə, ölkənin qarşısında çoxsaylı mühüm və mürəkkəb problemlər dayanır və əsas diqqət onların həllinə yönəldilməlidir.

Putin əlavə edib ki, yeni prezidentlik müddəti barədə düşünmək üçün hələ vaxt var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Putin  


Bizi "telegram"da izləyin