Bondaryev: “S-400 və “Pantsir”lər Suriyada qalacaq”

2017/12/43243243324_1513190745.jpg
Oxunub: 465     02:44     14 Dekabr 2017    
“S-400 zenit raket kompleksləri və “Pantsir-S1” raket-top kompleksləri Suriyada olan Rusiya Silahlı Qüvvələrinin ixtisar edilməsindən sonra Rusiyaya məxsus “Hmeymim” aviabazasında qalacaq”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurası müdafə və təhlükəsizlik üzə komitənin rəhbəri Viktor Bondaryev deyib.

“Şübhəsiz ki, onlar “Hmeymim”də qalacaq”, - deyə Bondaryev bildirib.

Onun sözlərinə görə, onlar praktiki olaraq bir neçə saniyə ərzində səmada hərbi vəziyyəti dəyişməyə qadirdir.

“Mən artıq demişəm ki, onlar Suriyada vəziyyəti qaydaya saldı. “Pantsir”lər o qədər PUA vurub ki, saysan, bitməz”, - deyə Bondaryev vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   S-400  


Bizi "telegram"da izləyin