Türkiyə Suriya ərazisindən atəşə tutulub

2017/12/19619932432_1513190589.jpg
Oxunub: 431     02:22     14 Dekabr 2017    
Türkiyə Suriya tərəfindən – YPG və PYD terrorçuları tərəfindən nəzarət olunan ərazilərdən atəşə məruz qalıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, atəş nəticəsində Şanlıurfa vilayətinin bir nəfər dinc sakini yaralanıb. Türkiyə Silahlı Qüvvələri cavab atəşi açıb.

Qeyd edək ki, Suriyada 2011-ci ilin mart ayında silahlı münaqişə davam edir. BMT-nin məlumatına görə, bu münaqişə nəticəsində 500 mindən çox insan həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   Terror  


Bizi "telegram"da izləyin