Ukrayna SQ çağırışçıların 70 faizinin xidmətdən yayındığını bəyan edib

2017/12/okolo-70-prizyvnikov-ne-pr_337511_s10768768_1513152049.jpg
Oxunub: 455     15:59     13 Dekabr 2017    
Ukrayna Silahlı Qüvvələri payız çağırışı zamanı çağırışçıların 70 faizi hərbi xidmətdən yayınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

“Orduda icbari xidmətdən yayınanlarla bağlı yetərincə problem var. 70 faizə yaxın çağırışçı hərbi komisraqlıqlara gəlmir. Onlardan təxminən üçdə biri axtarışdadır”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, bununla əlaqədar olaraq hərbi komisarlıqların nümayəndələri çağırış vərəqələrini istənilən yerdə təqdim etmək hüququna malikdirlər.

Ukrayna Silahlı Qüvvələrindən icbari hərbi xidmətdən yayınmaq üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   SQ  


Bizi "telegram"da izləyin