Yapon F-15-ləri ABŞ-ın stels qırıcıları ilə birlikdə təlimlərə başladı

2017/12/792_1513105114.jpg
Oxunub: 602     02:58     13 Dekabr 2017    
Yapon F-15 qırıcıları ABŞ-ın B1-B bombardmançıları, F-35 stels qırıcıları və F-18 çoxməqsədli döyüş qırıcıları ilə birlikdə Koreya yarımadasının cənubunda Şərqi Çin dənizi üzərində təlimlər həyata keçirib

Ordu.az “reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Havadan Müdafiə Qüvvələrindən məlumat verilib.

“Bu məşqlər Şimali Koreyanın artan təzyiqinə qarşı həyata keçirilən təlimlərin ən böyüyüdür. Təlimlər birgə əməliyyatları gücləndirmək və döyüş imkanlarını artırmaq məqsədi güdür”, - deyə məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ   KXDR  


Bizi "telegram"da izləyin