Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Hava Desant Qüvvələrinin komandanı Andrey Serdyukov bəyan edib.
“Quru Qüvvələri və Hava Desant Qoşunları üçün hərbi tapşırıqların həll edilməsində istifadə olunmaqla yüngül və orta çəkili şassi üzərində qurulan çoxfunksiyalı robot texnikasının dövlət sınaqlarına başlanıb”, - deyə Serdyukov bildirib.
O həmçinin, qeyd edib ki, yaxın zamanlarda müxtəlif ağırlıqqaldırma funksiyasına malik paraşüt sistemlərinin də sınaqlarına başlanacaq.
Ordu.az