102-ci hərbi bazada aviatuşlayıcıların iştirakı ilə təlimlər başlayıb

2017/12/08_12_2017_В-Армении-начались-сборы-с-авиа-наводчиками-ЮВО-с-применением-БЛА3_1512730405.jpg
Oxunub: 436     18:45     08 Dekabr 2017    
Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşən hərbi bazasının aviasiya tuşlayıcıları təlim toplanışında iştirak edirlər.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Yüksək dağlıq ərazidə yerləşən “Alagöz” poliqonunda keçirilən təlimlər iki mərhələdə, 7 gün müddətində davam edəcək.

Bildirilir ki, nəzəri kurslarda zabitlər qırıcılar və Rusiya Silahlı Qüvvələrinin Cənubi Qafqazda yerləşən birləşmələrinin silahlanmasına daxil olan hərbi aviasiyanın taktiki-texniki xüsusiyyətlərini öyrənir, aviasiya texnikasının tətbiqi və təhlükəsizlik tələbləri barədə məlumatlarla tanış olurlar.

Qeyd edək ki, təlimlərdə 100-dən çox hərbi xidməti və 50-dən çox hərbi və aviasiya texnikasından istifadə edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CHB   Aviatuşlayıcı  


Bizi "telegram"da izləyin