Suriyada terrorizm “can vermək” üzrədir – İCMAL

2017/12/orig-15126786333b5a8a538015cc17d38bb27de07b21c04564_4538170620.jpeg
Oxunub: 684     18:09     08 Dekabr 2017    
Suriya ordusu Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Həma vilayətinin şimal-şərqində Rəhacan şəhərini azad edib. İŞİD əvvəlki kimi Deyr əz-Zorda qarşıdurma ocaqlarını saxlamaqdadır.

Ordu.az son 24 saat ərzində Suriyada baş verən ən önəmli hadisələrin qısa icmalını təqdim edir.

Suriya ordusu və müttəfiq qüvvələr: Həma vilayətinin şimal-şərqində Rəhacan şəhərini azad edib.

İŞİD: Əvvəlkitək Deyr əz-Zor vilayətində qarşıdurma ocaqlarını saxlamaqdadır, Həma vilayətinin şimal-şərqində bir sıra qəsəbələrdə “Həyat Təhrir əş-Şam”la döyüşlərdə üstünlük qazanıb.

“Fəth əş-Şam Cəbhəsi”: Dəməşq vilayətinin cənub-qərbində mövqelərinin bir hissəsini itirib.

Dəməşq vilayəti: “Al Masdar” agentliyi xəbər verir ki, Dəməşq vilayətində Suriya ordusu ilə “Həyat Təhrir əş-Şam” terror qruplaşması arasında döyüşlər davam edir. Bildirilir ki, artıq Suriya ordusu ərazinin azad edilməsi üzrə əməliyyatın ikinci hissəsinə keçib.

Ordunun bir hissəsi Tall əl-Maktol təpəliyi və Məhr əl-Mir şəhəri tərəfə irəliləyə bilib. Şiddətli döyüşlər nəticəsində terrorçular ciddi itkilər verərək geri çəkilməli olublar.


Hələb vilayəti: “Twitter” sosial şəbəkəsində @NadieHarbi adlı şəxs Hələb şəhərində Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Suriyada olmasına qarşı mitinq keçirilib. Mitinqdə yüzlərlə insan çıxış edib. Bildirilir ki, etiraz aksiyası suriyalı tələbələrin təşəbbüsü ilə başlanıb. Səbəb olaraq isə ABŞın Suriyada qanunsu olaraq qalması göstərilir. Suriya hökuməti ABŞ-ın ölkəyə daxil olması üçün icazə verməsə də, Birləşmiş Ştatlar terrorizmə qarşı mübarizə aparmaq adı ilə Suriyaya daxil olaraq hətta bəzən hökumət qüvvələrinin obyektlərini atəşə tutur, son iddialara əsasən isə terrorçulara dəstək göstərir.


Deyr əz-Zor vilayəti: Xatırladaq ki, bu yaxınlarda Suriya hökumət qüvvələri Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Fərat çayının qərb sahili boyunca əraziləri İŞİD-dən azad etməklə terrorçuları ölkənin cənub-şərqindəki səhralara doğru yönəldə bilib. AMN agentliyinin məlumatına görə, İŞİD hələ də kiçik hücumçu bölmələrə malikdir.


Həma vilayəti: “Ən-Nüsra Cəbhəsi” və İŞİD arasında təmas xəttində vəziyyət daha ciddi xarakter alır. “Twitter” sosial şəbəkəsində @Conflict Files adlı mənbənin məlumatına görə, son döyüşlərdən sonra İŞİD öz nəzarəti altında olan ərazilərin sərhəddini xeyli genişləndirib. Bununla belə, “Həyat Təhrir əş-Şam” tərəfindən İŞİD üzərinə şiddətli hücumlar davam edir.

“Twitter” sosial şəbəkəsində @ahmadalissa adlı mənbə bildirir ki, Suriya ordusu Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Rəhacan şəhərinin “Fəth əş-Şam Cəbhəsi” terrorçularından azad edib. Xatırladaq ki, bu şəhər uzun müddət ərazində terrorçuların nəzarəti altında olub.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Terror  


Bizi "telegram"da izləyin