Ordu.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinə istinadən “Al Jazeera” məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, eyni dövrdə daha 10 min 733 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumatda həmçinin qeyd olunur ki, Livanın cənubunda həyata keçirilən hava zərbəsi nəticəsində dörd əcnəbi yaralanıb. Yaralananların ikisinin Suriya, digər ikisinin isə Banqladeş vətəndaşı olduğu bildirilib.
Dövlətə məxsus NNA agentliyinin məlumatına görə, İsrail aviasiyası Nəbətiyyə bölgəsinin Abba və əd-Duveyr yaşayış məntəqələri arasında yerləşən Vata-Abbe əl-Məşal məhəlləsinə iki mərhələli hava zərbəsi endirib.
Bundan başqa, həmin bölgədə yerləşən Cebçit və Arnun yaşayış məntəqələri istiqamətində də hava zərbələri və bombardmanların həyata keçirildiyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az