Ordu.az “sbs.com” saytına istinadən verdiyi xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Mənbənin sözlərinə görə, ABŞ və Cənubi Koreya hərbçilərinin həyata keçiridiyi geniş miqyaslı birgə təlimlər və ABŞ-ın Pxenyanı müharibə ilə təhdid etməsi Koreya yarımadasında müharibəni qaçılmaz edir.
“Geriyə, sadəcə müharibənin zamanını müəyyənləşdirmək qalır. Biz müharibəni arzulamasaq da, ondan gizlənə bilmərik. Əmin olun ki, ABŞ səbr kasamızı daşırar və nüvə müharibəsinə yol açarsa, bu onlar üçün baha başa gələr”, - deyə çərşənbə günü gecə saatlarında Şimali Koreyanın dövlət mətbu orqanı olan Koreya Mərkəzi Teleqraf Agentliyinə açıqlama verən şəxs, bu sözləri bildirib.
Ağalar Ağalarlı
Ordu.az