Ordu.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb. Hərbi xidmətdən yayınma ilə qaldırılan cinayət işi çərçivəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının nəticələrində ziddiyyət təşkil edən məqamlar olduğu müəyyən edilib.
Çağırışçı 25 iyul 2017-ci ildə təkrar mərkəzi tibb komissiyasına təqdim edilib. Komissiyanın rəyinə görə çağırışçı yenə də hərbi xidmətə məhdud yararlı hesab edilib. Bu qərarı verərkən Ermənistan mərkəzi seçki komissiyası, məhkəmə tibbi ekspertizasının yekun rəyinə əsasən çağırışçının müxtəlif vaxtlarda cəlb edildiyi ekspertizalarının nəticələrində bir-birinə ziddiyyət təşkil edən məqamların olduğunu nəzərə almayıb.
Bu ziddiyyətlər əsasında çağırışçı digər müayinələrə cəlb edilməli, yalnız bu nəticələrdən sonra mərkəzi tibbi komissiya qərar verməli idi. Çağırışçı V.H -ın vəkili respublika çağırış komissiyasının sədri, müdafiə naziri Viqen Sarkisyana ünvanlanmış şikayət əsasında, mərkəzi tibbi komissiyanın sədri, hərbi komissar Henrik Muradyan Çağırışçı V.H-ın müayinə olunmasını və 2017-ci ilin qış çağırışında təkrar mərkəzi komissiyada baxılmasına göstəriş verib.
Təkrar müayinə təyin edildiyini əsas götürərək vəkil tərəfindən məhkəməyə müraciət olunaraq, çağırışçı V.H haqqında qaldırılmış cinayət işini dayandırmaqla, axtarışa xitam verilməsini istəyib. Lakin məhkəmə orqanı bunu rədd edib və bildirib ki, səhhəti ilə bağlı problemlər olduğu halda belə V. H çağırışa yararlıdır və o, hərbi xidmətdən yayınıb. Ancaq çağırışçı ona qarşı qəbul olunan qərardan şikayət etmə hüququndan istifadə edib. Məhkəmə istintaqını aparan orqan tərəfindən müracətin rədd edilməsindən, Lori vilayət qarnizon hərbi məhkəməsinə şikayət verilib. Lakin hərbi məhkəmədə edilmiş müraciəti zəruri qaydada araşdırmadan imtina edərək, cinayət işini ittiham yekunu ilə Lori vilayət ümumi yurisdiksiya məhkəməsinə göndərib.
Ordu.az