Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan parlamenti 2-ci, sonuncu oxunuşda “Müəyyən olunmuş qaydaları pozaraq müddətli hərbi xidmət keçməyən vətəndaşlar haqqında” qanunun əlavə və dəyişiklik edilmiş layihəsini qəbul edib. Qanun 92 leyhinə, 0 əleyhinə və bitərəf olmaqla qəbul edilib.
Qeyd edək ki, Ermənistan parlamenti qanun layihəsini birinci oxunuşda noyabrın 17-də qəbul etmişdi, qanunun qüvvəyə minməsi üçün prezident imzalamalıdır.
27 yaşı tamam olan qanunla nəzərdə tutulmuş qaydalara uyğun xidmət etməmiş erməni vətəndaşlar 31 dekabr 2019-cü ilədək ödəniş etməlidirlər.
Xidmət etmədiyi hər çağırış üçün cərimə miqdarı 100 min dramdan 200 min dramadək artırılır.
Artıq qeyd edildiyi kimi, 1 yanvar 2017-ci il vəziyyətinə görə Ermənistan hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 12698 nəfərdən, 10741 nəfər müddətli hərbi xidmət və ya alternativ ximətdən, toplanışlardan və ya səfərbərlikdən yayındığına görə axtarışdadırlar.
Alpər Mövludoğlu
Ordu.az