Ordu.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri və polis arasında son ictimai müzakirələri nəzərə alaraq, "Şüurlu Vətəndaşlar Birliyi" ərzaq təminatı müqayisəsini ictimaiyyətə təqdim edib.
Aşağıda, Ermənistanın 4 güc strukturunun ərzaq təminatı təqdim olunub.
Beləliklə, orduda, məsələn, bir əsgərin çörək payı polislə müqayisədə 50 qramdan daha az, milli təhlükəsizlik xidmətində və ya fövqəladə hallar nazirliyində xidmət edənlərə nisbətən 100 qram azdır.
Yuxarıda göstərilən heyətin şəkər tozu miqdarı orduya nisbətən 10 qram, sirkə isə gündə iki dəfə daha çoxdur. Ermənistan ordusunun əsgərlərinə nisbətən bir polis məmuru 2 dəfə daha çox qatılaşdırılmış süd alır.
Ermənistan fövqəladə hallar nazirliyi və təhlükəsizlik xidməti tərəfindən qəbul edilən 200 qram maye əvəzinə, erməni ordusuna 28 qram şərbət çatır.
Sadalanan faktlar və təqdim edilən göstəricilər Sarkisyan hakimiyyətinin əsas məqsədinin ordunun möhkəmləndirilməsi deyil, əhalini daim qorxu içində saxlamaq üçün polis strukturunun gücləndirdirməsindən ibarət oduğunu sübut edir.
Alpər Mövludoğlu
Ordu.az