Bu barədə
Ordu.az postkrimtum.org saytına məlumat verib.
“İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Xanzadə məlumat verib ki, İranın döyüş gəmiləri donanması yaxın zamanda Cənubi Amerikyaya yollanaraq Meksikaya və İrana yaxın olan digər bir dövlətə səfər edəcək.
İran Dəniz Strateji Təşkilatı isə öz yeni uğurlarının siyahısını açıqlayıb. Siyahı aşağıdakı kimidir:
Mersad layihəsi: Torpedaların elektrik və elektron sistemlərinin bütünlüklə yoxlanılması;
Mühərrikli avtopilot: Özündə nəzarət, idaretmə və naviqasiya sistemlərini birləşdirən torpeda idaretməsi kompleksi;
Torpedalar üçün milli yanacağın istehsalı layihəsi;
Dəməvənd layihəsi: Düşmən radarlarına radiomaneə yaradam və onları torpedanın kursundan yayındıran pilotsuz katerin yaradılması;
Fars Körfəzi Hazırlıq Mərkəzi: 230 tələbə hazırlayan dəniz kolleci;
Nano örtüklər: Müxtəlif dəniz avadanlıqları üçün nano örtüklər;
Raad layihəsi: Düşmənin istənilən hədəflərini məhv etməyə qadir raket əleyhinə müdafiə sistemi;
Nəqş layihəsi: Dəniz personalının bacarıqlarının yaxşılaşdırılması üçün hərbi oyunlar simulyatoru.
Ağalar Qəribov
Ordu.az