Tillerson KXDR üzrə BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək

2017/11/93593_cvg7kl1ar3345345_1512022401.jpg
Oxunub: 493     14:11     30 Noyabr 2017    
ABŞ-ın dövlət katibi Reks Tillerson KXDR-ə həsr edilən BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert jurnalistlərə bildirib.

“Yaponiyanın dəvəti üzrə ABŞ dövlət katibi Reks Tillerson BMT təhlükəsizlik şurasının böyük ehtimalla dekabrın 15-də baş tutacaq iclasında iştirak edəcək. Həmin görüşdə Təhlükəsizlik Şurası KXDR mövzusunu müzakirə edəcək”, - deyə Nauert qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tillerson   KXDR  


Bizi "telegram"da izləyin