Litva Ukraynaya 2 milyon dollarlıq silah satışını təsdiq edib

2017/11/MAIN_000x000234234_1512021464.jpg
Oxunub: 588     13:56     30 Noyabr 2017    
Litva hökuməti Ukraynaya 2 milyon dollar miqdarında silah və hərbi sursat satmaq qərarını təsdiq edib.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Silah və sursat satışı Livtanın Ukraynaya müdafiə gücünün artırılması və ölkənin suverenliyinin təmini üçün növbəti hərtərəfli köməyidir”, - deyə Litvanın müdafiə naziri Raymundas Karoblis qeyd edib.

Satış haqqında sənədə əsasən, Litva Ukraynaya öz ordusunda artıq əvəzedicisi əldə edildiyindən istifadə olunmayan NATO standartlarına uyğun silahları satacaq.

Həmçinin Litva Ukraynaya 7 min ədəddən çox “Kalaşnikov” avtomatı, 2 milyon patron, 80-dən çox pulemyot, tank əleyhinə müdafiə vasitələri və 2 milyon dollar civarında digər silah növləri satacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Ukrayna  


Bizi "telegram"da izləyin