KXDR-in yeni raket atışı provokasiyadır - Kreml

2017/11/147793901134534_1511960518.jpg
Oxunub: 486     21:00     29 Noyabr 2017    
Kreml KXDR-in yeni raket atışını provokasiya hesab edir və ümidvardır ki, münaqişənin digər tərəfləri vəziyyəti qəlizləşdirməmək üçün sakitliyə riayət edəcəklər.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Qeyd-şərtsiz olaraq növbəti raket atışı gərginliyin artmasına xidmət edən provokasiya xarakterli addımdır. Və bu, bizi böhranlı vəziyyətin tənzimlənməsinin başlanacağı ana doğru aparır. Biz bu atışı mühakimə edirik və ümidvarıq ki, bütün müvafiq tərəflər Koreya yarımadasında hadisələrin ən pis ssenari üzrə inkişaf etməməsi üçün sakitliyə riayət edəcək”, - deyə Peskov Şimali Koreyanın raket atəşi məsələsinə münasibət bildirərkən vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   KXDR  


Bizi "telegram"da izləyin