Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Arabkir rayon çağırış komissiyasının cərrah ekspert həkimi Hayk Xecoyana qarşı ittiham irəli sürülüb. O, çağırışçı A. Paytyanın böyrəklərində problem olduğunu bilərək onu əlavə müayinəyə göndərmədən, öz təcrübələrinə əsaslanaraq hərbi xidmətə yararlı olduğuna dair rəy verib.
Cinayət işinə Arabkir - Zeytun Kanaker izibati rayon məhkəməsində baxılır. Şəxsi təcrübəsinə və özü tərəfindən keçirilən qeyri-qənaətbaxış müayinəsinə əsaslanan həkim çağırışçı Paytyanı hərbi xidmətə yararlı hesab edirb.
Erməni əsgəri Paytyan 14 ay erməni ordusunda xidmət edib və hərbi fəaliyyətlərdə iştirak edib. Nəticədə, onun orqanları fiziki hazırlıqlara tab gətirməyib.
Qeyd edək ki, sözügedən həkimə qarşı cinayət işi açılıb və onun üzərinə ölkəni tərk etməməsi ilə bağlı öhdəlik qoyulub.
Alpər Mövludoğlu
Ordu.az