Rusiya Ukraynanın Xerson, Xarkov və Zaporojye vilayətlərinə zərbə endirib: ölən və yaralananlar var

2024/03/1710997958.jpg
Oxunub: 296     10:50     23 İyun 2026    
Ötən sutka ərzində Rusiyanın Ukraynanın Xerson, Xarkov və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, 27 nəfər yaralanıb.

Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, açılan atəşlər nəticəsində 12 nəfər xəsarət alıb.

Rusiya qoşunları Xarkova və daha 16 yaşayış məntəqəsinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, hücumlar nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bundan başqa, ötən sutka ərzində Rusiya qüvvələri Zaporojye vilayətinin 56 yaşayış məntəqəsinə 1 050-dən çox zərbə endirib.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, endirilən zərbələr nəticəsində yeddi nəfər xəsarət alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin