“İravunk”: Ermənistan prezidentinin yeni hökumətdə hansı vəzifəni tutacağı məlum olub

2026/06/1782188109.jpg
Oxunub: 215     08:09     23 İyun 2026    
“Ermənistan parlamentinin sədri Alen Simonyanın yaxın vaxtlarda ölkə prezidenti Vahaqn Xaçatryanı əvəz edəcəyi iddia olunur. Hakim “Vətəndaş Müqaviləsi” partiyasının rəhbərliyinin artıq bu məsələ ilə bağlı qərar qəbul etdiyi bildirilir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının rəhbərliyi Alen Simonyanın prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.

“Partiya rəhbərliyi Simonyanın namizədliyini irəli sürəcək, Vahaqn Xaçatryan isə baş nazirin baş müşaviri təyin olunacaq”, - deyə nəşrin mənbəsi bildirib.

Qeyd olunur ki, siyasi dairələrdə bu ssenari artıq formalaşmış qərar kimi müzakirə edilir, lakin məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaçatryan  


Bizi "telegram"da izləyin