“İravunk”: İyulun əvvəlində Ermənistanda yeni səs-küylü həbslər gözlənilir

2026/06/1782190909.jpg
Oxunub: 224     08:55     23 İyun 2026    
“İyulun əvvəlində Ermənistanın siyasi həyatında yeni səs-küylü həbslərin baş verəcəyi gözlənilir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti yazıb.

Nəşrin məlumatına görə, bu proseslərin mərkəzində təkcə müxalifət liderləri deyil, onlarla əlaqəli şəxslər də yer alacaq.

Nəşr bildirib ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri qeyri-rəsmi söhbətlər zamanı yaxın aylarda siyasi proseslərin daha da gərginləşəcəyini bildirirlər.

“Mənbələrin sözlərinə görə, yay mövsümü “kriminal oliqarxiya” adlandırılan dairələr üçün kifayət qədər ağır keçəcək”, - deyə nəşr qeyd edib.

Vurğulanır ki, gözlənilən həbslərin məhz iyulun əvvəlində baş verməsinin səbəbi ilə bağlı da müəyyən izahlar verilir.

“Mənbə bildirib ki, həmin vaxta qədər Konstitusiya Məhkəməsinin qərarı açıqlanacaq. Bundan sonra isə hədəfdə olan şəxslər üçün vəziyyət daha da mürəkkəbləşə bilər”, - deyə nəşr yazıb.

Nəşrin qənaətinə görə, siyasi dairələrdə yaxın həftələrdə baş verə biləcək hüquqi və siyasi proseslərlə bağlı ciddi gözləntilər formalaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Həbs  


Bizi "telegram"da izləyin