Ordu.az xəbər verir ki, yeni çoxtərəfli beynəlxalq platforma islam və iqlim kapitalı bazarlarını birləşdirmək, bununla da ekoloji və iqlim layihələrinin həyata keçirilməsi üçün maliyyə resurslarının səmərəli şəkildə cəlb edilməsinə töhfə vermək məqsədi daşıyır.
Belə ki, bu alyansın strateji tərəfdaşlıq və qabaqcıl təcrübələrin mübadiləsinə, həmçinin investorlar, maliyyə institutları və layihə tərtibatçıları arasında qarşılıqlı əlaqə platformasına çevriləcəyi nəzərdə tutulur.
Bundan başqa, IsDB Qrupunun illik iclaslarının iştirakçıları ekoloji təşəbbüslərin dəstəklənməsində, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında və enerji keçidinin maliyyələşdirilməsində islam maliyyəsi potensialından tam istifadə olunması üçün əməkdaşlığın möhkəmləndirilməsinə çağırıblar.
Ekspertlər vurğulayıblar ki, islam maliyyə sənayesinin miqyasına və dayanıqlı inkişaf prinsiplərinə uyğunluğuna baxmayaraq, bu sektorun "yaşıl layihələr"in və enerji keçidinin maliyyələşdirilməsinə töhfəsi hələ ki, mövcud potensialdan aşağı olaraq qalır.
Bununla yanaşı, müzakirələr zamanı kapital təminatçıları, layihə təşəbbüskarları və icraçı qurumlar arasında əlaqələrin kifayət qədər güclü olmaması, həmçinin ekosistemin bütün iştirakçıları arasında koordinasiya və əməkdaşlığın artırılmasının vacibliyi xüsusi vurğulanıb.
Müzakirələrin yekunları Bakı Dəyirmi Masa Kommunikesində əksini tapıb. Sənəd gələcək əməkdaşlıq üçün əsas platforma rolunu oynayacaq və İslam maliyyəsinin iqlim davamlılığına, dayanıqlı inkişafa, eləcə də enerji keçidinə töhfəsinin gücləndirilməsinə xidmət edəcək.
Ordu.az