Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, Lukaşenko planlaşdırılan təmaslar barədə daha əvvəl özü məlumat verib və qarşıdakı danışıq bir sıra məsələlərin müzakirəsinə imkan yaradacaq.
Onun sözlərinə görə, söhbət “aqressiv təhdidlər”, daxili işlərə müdaxilə və ölkənin suverenliyinə qarşı yönəlmiş bəyanatlardan gedir.
Peskov vurğulayıb ki, Rusiya Belarusun öz suverenliyini müstəqil şəkildə təmin etmək qabiliyyətinə şübhə etmir.
Daha əvvəl Vladimir Zelenski Belarus ərazisində Rusiyanın pilotsuz uçuş aparatları Ukraynadakı hədəflərə yönəltmək üçün istifadə etdiyi retranslyatorların yerləşdirildiyini iddia etmiş, onların söndürülməsini tələb etmiş və bunun baş verməyəcəyi təqdirdə “cavab tədbirləri” görüləcəyini bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az