Pezeşkian: "Danışıqlarda irəliləyiş tərəflərin öhdəliklərini yerinə yetirməsindən asılıdır"

2026/05/1779895750.jpg
Oxunub: 166     09:48     23 İyun 2026    
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, danışıqlar prosesində gələcək irəliləyiş tərəflərin öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməsindən asılı olacaq.

Ordu.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Danışıqların səmərəliliyi razılaşdırılmış öhdəliklərə tam sadiqlikdən və onların dəqiq icrasından asılıdır. Bu yolda irəliləyiş qəbul edilmiş öhdəliklərə əməl olunması ilə ölçüləcək", - M.Pezeşkian qeyd edib.

Onun sözlərinə görə, razılaşmalardan kənara çıxan bəyanatlar (ABŞ tərəfinin - red.) danışıqların irəliləməsinə kömək etmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran  


Bizi "telegram"da izləyin