Tramp Hörmüz boğazındakı vəziyyətdən razıdır

2026/04/1776101799.jpg
Oxunub: 209     10:25     23 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı vəziyyəti müsbət qiymətləndirərək boğazın gəmiçilik üçün tam açıq olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.

“Hörmüz boğazı ilə bağlı vəziyyət çox yaxşıdır. Dünən həmin marşrutla indiyədək olduğundan daha çox neft daşınıb. Boğaz tamamilə açıqdır”, - deyə ABŞ Prezidenti vurğulayıb.

ABŞ-nin energetika naziri Kris Rayt da boğazdan keçən nəqliyyatın böhrandan əvvəlki səviyyəyə qayıtdığını bildirib.

Onun sözlərinə görə, hazırda bölgədə enerji daşımaları və beynəlxalq gəmiçilik fəaliyyəti normal rejimdə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hörmüz  


Bizi "telegram"da izləyin