Qalibaf: "Hörmüz boğazını İran idarə edəcək"

2026/04/1775835779.jpg
Oxunub: 195     06:34     23 İyun 2026    
Hörmüz boğazını İran idarə edəcək.

Ordu.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

O, Hörmüz boğazının idarə olunmasının heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacağını bildirib. İran rəsmisi bununla belə, beynəlxalq qaydalara əməl olunacağını da qeyd edib.

Qalibaf Hörmüz boğazının beynəlxalq dəniz nəqliyyatına açılmasının tərəfdarı olduğunu etiraf edib: "Ümid edirəm ki, boğazı keçidlər baxımından yenidən işlək hala gətirə və regional və qlobal iqtisadiyyata rifah gətirə bilərik. Bununla belə, Hörmüz boğazının idarə olunması qaydası heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq. Əlbəttə ki, beynəlxalq qaydalara əməl olunacaq, amma Hörmüz boğazını İran idarə edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   Hörmüz  


Bizi "telegram"da izləyin