Tramp avtomobil zavodlarında “Patriot” və “Tomahawk” istehsalına başlanacağını açıqlayıb

2026/06/1781718005.jpg
Oxunub: 226     11:48     23 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp ölkənin aparıcı avtomobil istehsalçılarının yaxın vaxtlarda hərbi məhsul istehsalına başlayacağını bildirib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərlə söhbəti zamanı danışıb.

Onun sözlərinə görə, ABŞ-də bir sıra avtomobil zavodlarının yenidən profilləşdirilməsi planlaşdırılır və həmin müəssisələrdə silah və sursat istehsal ediləcək.

“Onların zavodların yenidən profilləşdirilməsi ilə bağlı proqramları var. Biz silah və sursat istehsal edəcəyik. Buraya “Patriot” zenit-raket kompleksləri, “Tomahawk” qanadlı raketləri və digər hərbi məhsullar daxildir”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, ölkə rəhbərliyi müdafiə sənayesinin genişləndirilməsi üçün genişmiqyaslı iqtisadi proqram həyata keçirir. Onun sözlərinə görə, boş istehsal güclərinə malik avtomobil şirkətləri artıq raket texnikasının istehsalı ilə bağlı müqavilələr bağlayırlar.

Tramp əlavə edib ki, avtomobil istehsalçıları arasında xüsusilə “General Motors” hərbi məhsul istehsalında iştirak etməyə böyük maraq göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin