Ordu.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Pervomaysk rayon məhkəməsinin məlumatına görə, sabiq deputata Qırğızıstan Cinayət Məcəlləsinin 261-ci ("Mütəşəkkil cinayətkar qruplaşma yaratmaq və ya onda iştirak etmək") maddəsi üzrə ittiham irəli sürülüb. O, iyunun 30-dək həbsə alınıb.
D.Torokulov müəyyən dairələrdə "Duşka" ləqəbi ilə tanınır. 2021-ci ildə o, korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Ordu.az