Ordu.az xəbər verir ki, Omanın xarici işlər naziri Bədr əl-Busaidi və iranlı həmkarı Abbas Əraqçi bu barədə Maskaqda keçirilən görüş zamanı razılığa gəliblər.
Əl-Busaidi görüşdən sonra “X” sosial şəbəkəsində paylaşım edərək beynəlxalq hüquqa və gəmilərin təhlükəsiz, ödənişsiz keçidinin təmin edilməsinə sadiq olduqlarını bildirib.
Abbas Əraqçi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə birlikdə ABŞ nümayəndələri ilə danışıqlarda iştirak etdikləri İsveçrədən Omana gəlib.
Oman XİN rəhbərinin sözlərinə görə, tərəflər İran və ABŞ arasında yaxın vaxtlarda imzalanmış anlaşma memorandumu, xüsusilə də Hörmüz boğazı ilə bağlı müddəalar ətrafında konstruktiv müzakirələr aparıblar.
Hörmüz boğazında ərazi sularına malik olan dövlətlərin İran və Oman olması səbəbindən tərəflərin bu mühüm ticarət marşrutu ilə bağlı mövqelərini əlaqələndirməsi təbii qarşılanır.
Oman Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens Hörmüz boğazından keçən gəmilərdən hər hansı rüsum tutulması ideyasına qarşı çıxmışdılar.
Sevinc Əliyeva
Ordu.az