Monrealda baş verən atışma nəticəsində üç nəfər ölüb, onların arasında polis əməkdaşı da var

2026/06/1782188289.jpg
Oxunub: 217     08:15     23 İyun 2026    
Monrealda baş verən atışma nəticəsində üç nəfər həyatını itirib, ölənlər arasında polis əməkdaşı da var.

Ordu.az xəbər verir ki, bu barədə “Montreal Gazette” nəşri məlumat yayıb.

Hadisə Uestberi prospektində yerləşən supermarketin yaxınlığında qeydə alınıb. Polis əməkdaşından başqa, bir mülki şəxs və hücumçu olduğu ehtimal edilən şəxs də ölüb. Daha bir polis əməkdaşı isə yaralanıb.

Atışmadan sonra ərazidə silahlı təhlükə ilə bağlı xəbərdarlıq rejimi elan edilib. Sakinlərə binaların daxilində qalmaq, qapıları bağlamaq və pəncərələrə yaxınlaşmamaq tövsiyə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Monreal   Atışma  


Bizi "telegram"da izləyin