Qalibaf: “Hörmüz boğazının idarəçiliyi münaqişədən əvvəlki vəziyyətə qayıtmayacaq”

2026/05/1779036207.jpg
Oxunub: 210     10:23     23 İyun 2026    
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazının idarə olunmasının ABŞ ilə münaqişədən əvvəlki vəziyyətə qaytarılmasının mümkün olmadığını bəyan edib.

Ordu.az xəbər verir ki, Qalibaf bu barədə iyunun 22-də açıqlama verib.

“Hamı bilməlidir ki, Hörmüz boğazının idarəçiliyi heç vaxt müharibədən əvvəl olduğu vəziyyətə qayıtmayacaq”, - deyə o bildirib.

IRNA agentliyinin yaydığı məlumata görə, Qalibaf vurğulayıb ki, beynəlxalq qaydalara əməl olunacaq, lakin Hörmüz boğazını İran idarə edəcək.

Onun sözlərinə görə, regionda yaranmış yeni geosiyasi şərait boğazın idarə olunması məsələsində də yeni yanaşmalar formalaşdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   Hörmüz   İran  


Bizi "telegram"da izləyin