Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Avropa Parlamentinin məxfi hesabatına əsasən, birlik 2024-cü ilin ikinci yarısında qayda pozuntuları ilə xərclənmiş 276 min avrodan çox vəsaiti geri qaytarmalıdır. Audit zamanı qanunsuz ianələr, satınalma qaydalarının pozulması və müqavilələrin bağlanması prosesində prosedur pozuntuları aşkar edilib.
Hesabatda qeyd olunur ki, vəsaitlərin bir hissəsi Fransanın “Milli Birlik” partiyasına göstərilən xidmətlərlə, eləcə də qrup daxilindəki siyasi strukturlarla əlaqəli şirkətlərlə bağlı olub.
Audit həmçinin açıq müsabiqələrin keçirilməsi və maliyyə sənədlərinin rəsmiləşdirilməsi zamanı pozuntuların olduğunu müəyyən edib. Yoxlayıcıların fikrincə, bu hallar maliyyə vəsaitlərinin düzgün idarə olunması prinsiplərinə əməl olunmasını şübhə altına alır.
Qrup ittihamları rədd edib və auditin nəticələrindən məhkəmə qaydasında şikayət verəcəyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az