Ermənistanda hərbçi təlim zamanı yaralanıb

2018/12/15041-1545914415.jpg
Oxunub: 268     11:07     23 İyun 2026    
Ermənistanda hərbi təlim məşğələləri zamanı bir hərbçi yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yaralı hərbçinin həyatı üçün təhlükə yoxdur. Hərbçi əməliyyat olunub və hazırda həkimlərin nəzarəti altındadır.

Ermənistan KİV-lərinin məlumatına görə, paytaxtdakı Nubaraşen hərbi hissəsində xidmət edən əsgər hadisə nəticəsində ayağını itirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təlim  


Bizi "telegram"da izləyin