Macarıstan Aİ-nin Ukraynaya yardım fondundan 6,6 milyard avro ayırması qadağasını ləğv edib

2026/06/1780629561.jpg
Oxunub: 198     03:32     05 İyun 2026    
Macarıstanın yeni hökuməti Ukraynaya hərbi yardım göstərilməsi üçün Avropa Sülh Fondundan istifadəyə razılıq verib və bununla da əvvəlki baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hökumətin tətbiq etdiyi qadağanı aradan qaldırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə öz mənbələrinə istinadən "Nepszava" bildirib.

Məlumata əsasən, blokdan çıxarılan təxminən 6,6 milyard avro vəsaitin Ukrayna ordusu üçün hava hücumundan müdafiə sistemlərinin alınmasına yönəldilməsi ehtimal olunur.

Qeyd edilib ki, bir neçə mənbə Ukrayna ilə bağlı son Macarıstan vetosunun ləğv olunduğunu və Avropa Sülh Fondunun vəsaitlərinin Ukrayna Silahlı Qüvvələri üçün silah alınmasına yönəldilməsi barədə qərarın Brüsseldə Aİ-yə üzv ölkələrin daimi nümayəndələri səviyyəsində qəbul edildiyini təsdiqləyib.

Növbəti mərhələdə bu fonda cavabdeh olan Avropa Xarici Fəaliyyət Xidməti müvafiq normativ sənəd layihəsini hazırlayacaq, daha sonra isə sənəd Aİ Şurası tərəfindən təsdiqlənəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan     Ukrayna  


Bizi "telegram"da izləyin