Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Tramp bildirib ki, əgər müharibənin dayandırılması ilə bağlı razılaşma əldə olunarsa, İranın ali rəhbəri ilə görüşməyə hazır ola bilər.
“Mən görüşə can atmıram. Ancaq görüşsəydim, bu mənim üçün şərəf olardı. Razılaşma əldə edib-etməyəcəyimizi görmək istərdim. Əgər razılıq əldə olunsa, onunla görüşə bilərəm. Buna etirazım olmaz”, - deyə Tramp Oval kabinetdə jurnalistlərə bildirib.
İranın ali rəhbəri ilə mümkün görüşün ABŞ-də baş tutub-tutmayacağı ilə bağlı suala cavab verən Tramp bildirib ki, bu barədə çox eşitməyib.
“Mən bunu təklif etməmişəm, amma bəzi insanlar belə bir təklif irəli sürüblər”, - deyə o qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, belə bir görüş baş tutarsa, ali rəhbərə hörmətlə yanaşacaq.
“Mən onun ən sevimli adamı deyiləm. Amma düşünürəm ki, o, peşəkardır”, - deyə Tramp bildirib.
O əlavə edib ki, İranın ali rəhbəri müəyyən dairələrdə kifayət qədər yaxşı nüfuza malikdir.
Sevinc Əliyeva
Ordu.az