Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində media rəhbərləri ilə görüşü zamanı bildirib.
Putinin sözlərinə görə, Rusiyanın Ermənistandan yalnız bir xahişi var.
“Rusiyanın Ermənistandan yalnız bir xahişi var: Avropa İttifaqı ilə bağlı referendumu mümkün qədər tez keçirmək”, - deyə Rusiya lideri bildirib.
O əlavə edib ki, İrəvanın bu istəyi qeyri-adi deyil.
Putinin fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi qüvvələri uzun illərdir Qərb standartlarına inteqrasiya olunmaq barədə danışırlar.
Alpər Mövludoğlu
Ordu.az