Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

2026/05/1778513933.jpg
Oxunub: 160     23:21     04 İyun 2026    
Türkiyə ilə Niger arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nigerli həmkarı Abdurahman Tçiani ilə görüşünün yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.

"Müdafiə sənayesi, təhlükəsizlik, enerji, mədənçilik, ticarət, investisiyalar, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrindəki əlaqələrimizi ətraflı şəkildə dəyərləndirdik", - Ərdoğan bildirib. Dövlət başçısı əlavə edib ki, iqtisadi və ticarət birgə komitəsinin təsis edilməsi barədə razılıq əldə olunub.

Bununla yanaşı, Türkiyə-Niger Dostluq Xəstəxanasının idarəetmə protokolu yenilənib:

"Afrika ölkələri ilə əlaqələrimizi bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirməyə davam edirik.

Qitənin, xüsusilə Sahel bölgəsində qeyri-sabitlik yaradan terror təşkilatları ilə mübarizə məsələsində dost və qardaş ölkələrin yanındayıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Niger  


Bizi "telegram"da izləyin