Kosaçov Ermənistanı təhdid etdi: “Rusiya Ermənistan üçün belə bir aqibəti istəmir”

2024/06/288-1719386973.jpg
Oxunub: 343     16:19     26 İyun 2024    
“Rusiya Ermənistanla dostluq münasibətləri qurmağa hazırdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçov deyib.

O vurğulayıb ki, tanqonu iki nəfər rəqs edir, ona görə də yekun nəticə İrəvandan asılıdır.

“Rusiya Ermənistanla dostluq və müttəfiqlik münasibətləri qurmağa tam hazırdır, biz bu xəttə sona qədər sadiq qalacağıq, lakin tanqo rəqsi üçün iki nəfər lazımdır, yekun nəticə Rusiyadan asılı deyil, Ermənistandan asılıdır, Ermənistanın hazırkı rəhbərliyi Rusiyaya qarşı düşmənçilik risklərindən xəbərdardır”, - deyə Kosaçov bildirib.

Eyni zamanda o qeyd edib ki, Ermənistanın Qərblə yaxınlaşması məsuliyyətsizlikdir.

Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini əlavə edib ki, postsovet məkanının digər ölkələrinin timsalında Qərblə yaxınlaşmanın nəyə gətirib çıxardığını görmək olar, ona görə də Rusiya Ermənistan üçün belə bir aqibəti istəmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin