Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Mher Abrahamyan deyib.
Onun sözlərinə görə, Türkiyə ilə son danışıqlar, xüsusən də ondan sonra baş verən hadisələr sübut edir ki, bu gün Ermənistanla münasibətlərdə diktə edən amil Ermənistan-Türkiyə münasibətləri, yəni həm Ermənistan, həm də Türkiyə tərəfindən qaldırılan, həll edilməli olan diplomatik məsələlər deyil, Türkiyənin irəli sürdüyü tələblərdir.
Abrahamyan qeyd edib ki, Türkiyə ilkin şərtlər yox, tələblər irəli sürür.
“Bəs üçüncü ölkənin vətəndaşları kimlərdir? Bu, Ermənistan üçün çox təhlükəlidir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az