Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə quru qoşunlarının yaranmasının ildönümü münasibətilə şəxsi heyətə müraciətində deyib.
O bildirib ki, Türkiyə quru qoşunları sərhədlərin təhlükəsizliyinin təmin olunmasından tutmuş terrorla mübarizəyə qədər bütün vəzifələri uğurla yerinə yetirməkdədir:
“Həmçinin Qafqazdan Balkanlara, Qara dənizdən Afrikaya qədər bütün regionlarda dost və müttəfiq ölkələrin maraqlarının qorunmasına dəsətk verməyə davam edirik”.
Ordu.az