BMT Baş katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

2024/03/1711170231.jpg
Oxunub: 196     20:51     28 İyun 2024    
BMT Baş katibi Antonio Quterreş iyunun 29-da Mərkəzi Asiya turnesinə çıxacaq.

Ordu.az xəbər verir ki, baş katib əvvəlcə Özbəkistanda olacaq, daha sonra Qırğızıstan, Qazaxıstan, Tacikistan və Türkmənistana gedəcək.

A.Quterreşin səfəri zamanı hər bir ölkənin lideri və digər yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşlər keçirəcəyi planlaşdırılır.

O həmçinin iqlim dəyişikliyi ilə bağlı layihələrlə tanış olacaq və Qazaxıstanda yerli icmalar və gənc fəallarla görüşəcək. Baş katib Şanxay Əməkdaşlıq Təşkilatının iyulun 4-də Astanada keçiriləcək Zirvə Toplantısınada da iştirak edəcək.

Səfər iyulun 7-də başa çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   BMT  


Bizi "telegram"da izləyin