Erməni ekspert: “30 il yol da keçsə, Ermənistan Aİ-yə üzv ola bilməz”

2024/06/1719564871.jpg
Oxunub: 311     19:53     28 İyun 2024    
“30 il yol da keçsə, Ermənistan Avropa İttifaqına (Aİ) üzv ola bilməz, Ermənistan üçün bazar açmaq istəyinin olmadığı bir ittifaqa üzv ola bilməz”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı, Ermənistan Auditorlar Palatasının sədri Nairi Sarkisyan deyib.

Onun sözlərinə görə, Aİ-yə getmək istəyənlər amerikalı və avropalı rəsmilərin müsahibələrinə qulaq asmalıdırlar.

“Onlar bəyan edirlər ki, Ermənistanın təhlükəsizliyinin qarantı olmayacaqlar, iqtisadi təhlükəsizliyi təmin etməyəcəklər, üstəlik, xarici siyasi vektor dəyişəcəyi təqdirdə Ermənistan hökumətini mükafatlandırmayacaqlar”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin