Ordu.az xəbər verir ki, bu təkliflər Nümayəndələr Palatasının iyunun 14-də qəbul etdiyi 2025-ci maliyyə ili müdafiə siyasəti qanunvericiliyinə iki ayrı düzəlişlə birlikdə verilib.
Hər iki təklifi Ayova ştatının respublikaçı nümayəndəsi Zak Nann irəli sürüb.
Tayvanla bağlı müddəa Müdafiə İnnovasiya Agentliyindən ölkənin Müdafiə Nazirliyi ilə “strateji tərəfdaşlıq” qurmağın mümkünlüyünü araşdırmağı tələb edir.
Bura müdafiə sənayesi prioritetləri və ikili istifadə texnologiyasının inkişaf etdirilməsi kimi məsələlər üzrə koordinasiya, eləcə də Tayvanın araşdırma və inkişaf etdirmə səyləri üçün yeni imkanlar yaratmasına köməklik göstərmə daxil ola bilər.
Sevinc Əliyeva
Ordu.az