2028-ci ilə qədər 35 PUA-nın AFAD-ın inventarına əlavə edilməsi planlaşdırılır

2024/06/2024--1719558730.jpg
Oxunub: 199     17:11     28 İyun 2024    
Türkiyə Fəlakət və Fövqəladə Hal İdarəetməsi (AFAD) Komitəsi fəlakətlərə reaksiya proseslərinin sürətli, effektiv və koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək üçün 2028-ci ilə qədər inventarına 35 ədəd Pilotsuz Uçuş Aparatının (PUA) əlavə edilməsini hədəfləyir.

Ordu.az xəbər verir ki, komitə 6 məqsəd altında 23 hədəf və 66 göstəricinin yer aldığı 5 illik yol xəritəsini yaradan AFAD-ın 2024-2028-ci illər üçün Strateji Planını yayımlayıb.

Plana əsasən, fəlakətlərə reaksiya proseslərinin sürətli, effektiv və koordinasiyalı şəkildə həyata keçirilməsi üçün geniş ərazinin qiymətləndirilməsi, sahə müşahidəsi və koordinasiyasını təmin etmək məqsədilə 2028-ci ilə qədər mərhələli şəkildə 35 PUA-nın komitənin inventarına əlavə edilməsi nəzərdə tutulur.

Müvafiq olaraq, AFAD-ın nəzarəti altında istifadə olunacaq PUA-ların ümumi sayı 2025-ci ildə 9, 2026-cı ildə 18, 2027-ci ildə 27, 2028-ci ildə 35 olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   AFAD   Türkiyə  


Bizi "telegram"da izləyin