Ordu.az xəbər verir ki, bunu rusiyalı iqtisadçı və politoloq Konstantin Simonov deyib.
![](https://ordu.az/photos/2024/06/1719564771.jpg)
Onun sözlərinə görə, Ermənistan halında ziddiyyət ondan ibarətdir ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olmaqda davam edir, çünki maliyyə maraqları və faydaları AİB-dədir, Aİ-yə üzvlük isə Ermənistan halında uzaq və qaranlıq perspektivdir.
Simonov qeyd edib ki, Aİ ilə Ermənistan arasında yaxınlaşma, ticarət-iqtisadi, eləcə də hərbi-texniki sahədə inteqrasiya təbii olaraq AİB standartlarına zidd olacaq.
“Siyasi uyğunsuzluqdan başqa, texniki problemlər də var. Lakin Ermənistan səlahiyyətlilərinin hesablamalarına görə, təbii olaraq Ermənistan yaxın gələcəkdə Aİ-yə üzv olmayacaq, belə bir perspektiv yaxın gələcəkdə təsəvvür belə edilmir. Buna görə də Ermənistan hakimiyyəti AİB üzvlüyünün dayandırılması məsələsini gündəmə gətirməməyə çalışır, AİB-in fəaliyyətini boykot etmir, əksinə KTMT, KTMT-yə üzv dövlətlər, o cümlədən Rusiya istiqamətində daha cəsarətli hərəkət edir”, - deyə politoloq bildirib.
Avropalı analitik Syuzan Stüart isə deyib ki, Ermənistanın Aİ üzvlüyünə namizəd statusu olmadığı halda Rusiyanın Ermənistana etdiyi xəbərdarlıqlar məqsədəuyğun deyil, söhbət yalnız münasibətlərin dərinləşməsindən gedir.
![](https://ordu.az/photos/2024/06/1719564786.jpg)
“AİB-Ermənistan münasibətləri qarşılıqlı faydalı və vacibdir, o cümlədən Rusiya üçün faydalı və vacibdir, çünki Rusiya özünə tətbiq olunan nəhəng sanksiyaları bu struktur və əməkdaşlıq vasitəsilə dəf edir”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az