Peskov: “Rusiya Avropa İttifaqı ilə danışıqlara hazırdır”

2026/05/1780062057.jpg
Oxunub: 191     16:18     19 İyun 2026    
“Rusiya Avropa ilə danışıqlara hazırdır və bu təmasların dayandırılmasının təşəbbüskarı olmayıb”.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Moskvanın Avropa ilə dialoqa açıq olduğunu bəyan edib.

“Prezident dəfələrlə bildirib ki, biz danışıqlara hazırıq. Bu təmasların sıfıra endirilməsinin təşəbbüskarı biz olmamışıq”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.

O əlavə edib ki, Rusiya tərəfi qarşılıqlı maraq əsasında dialoqun bərpasına hazır olduğunu əvvəlki kimi saxlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Rusiya    


Bizi "telegram"da izləyin