Ukraynaya ABŞ silahlarının alınması üçün 1 milyard dollar ayrılacaq

2025/10/1759477646.jpg
Oxunub: 186     14:18     19 İyun 2026    
Ukraynaya dəstək verən ölkələr NATO və ABŞ-nin PURL təşəbbüsü çərçivəsində silah tədarükünün maliyyələşdirilməsi üçün 1 milyard dollar ayıracaqlar.

Ordu.az xəbər verir ki, bu barədə Polşa KİV-ləri Brüsseldə keçirilən Ukrayna üzrə Təmas Qrupunun iclasının nəticələrinə istinadən məlumat yayıblar.

Məlumata görə, PURL təşəbbüsü 2025-ci il iyulun 14-də ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte tərəfindən elan olunub. Təşəbbüs ABŞ istehsalı olan silahların, o cümlədən hava hücumundan müdafiə vasitələrinin, sursatların və ehtiyat hissələrinin alınmasını nəzərdə tutur.

Bildirilir ki, Ukrayna üçün ABŞ silahlarının alınmasının maliyyələşdirilməsi ideyası Vaşinqton administrasiyasının Kiyevə pulsuz silah tədarükünü davam etdirməkdən imtina etməsindən sonra ortaya çıxıb.

Yeni mexanizm vasitəsilə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və silah tədarükünün davamlılığının təmin olunması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   Silah  


Bizi "telegram"da izləyin