Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kostanyan Avropa İttifaqının Xarici Əlaqələr Şurasının Ermənistanda yeni missiyanın yerləşdirilməsi barədə qərarını alqışlayıb.
O, missiyanın kibertəhdidlərə, dezinformasiyaya və qanunsuz maliyyə axınlarına qarşı Ermənistan ilə Avropa İttifaqı arasında əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacağını vurğulayıb.
Qeyd edilir ki, görüş zamanı tərəflər missiyanın imkanlarının tam formalaşdırılması üçün atılmalı olan addımları müzakirə ediblər.
“Həmsöhbətlər missiyanın mandatından irəli gələn tədbirlərin həyata keçirilməsində Ermənistan tərəfi ilə səmərəli əməkdaşlığın vacibliyini qeyd ediblər.
Vahan Kostanyan Kosmin Corc Dineskuya fəaliyyətində uğurlar arzulayaraq Ermənistan tərəfinin missiyanın formalaşmasına dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir.
Alpər Mövludoğlu
Ordu.az