Norveç Ukrayna üçün uzaqmənzilli sursatlar alacaq və F-16-ların texniki xidmətini maliyyələşdirəcək

2026/06/Ekran-1781866821.jpg
Oxunub: 178     15:00     19 İyun 2026    
Norveç Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki ehtiyaclarının qarşılanması məqsədilə uzaqmənzilli sursatların alınmasına 190 milyon dollar ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Norveçin müdafiə naziri Tore Sandvik ilə keçirdiyi görüşdən sonra məlumat verib.

Nazirin sözlərinə görə, ayrılacaq vəsait əsasən Ukrayna ordusunun hazırkı döyüş ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Yardım paketinə 155 mm çaplı artilleriya sursatlarının da daxil ola biləcəyi ehtimal edilir.

Bundan əlavə, Norveç Ukraynanın F-16 qırıcıları parkının texniki xidmətinin maliyyələşdirilməsini üzərinə götürəcək. Tərəflər eyni zamanda Ukrayna şirkətləri ilə birlikdə pilotsuz uçuş aparatı istehsalını nəzərdə tutan “Drone Deal” layihəsinə start verilməsi barədə razılığa gəliblər.

Görüş zamanı Avropa ölkələrinin iştirakı ilə birgə raketdən müdafiə layihəsinin yaradılması imkanları da müzakirə olunub.

Məlumatda qeyd edilir ki, Belçika da hərbi yardım proqramı çərçivəsində 2026-cı ilin sonunadək Ukraynaya yeddi F-16 qırıcı təyyarəsi verməyi planlaşdırır.

Xatırladaq ki, Böyük Britaniya da Ukraynaya təxminən 865 milyon avro dəyərində yeni hərbi yardım paketi ayırıb. Həmin paket çərçivəsində ilin sonuna qədər 350-dən çox zenit raketi və radar sistemi, o cümlədən LMM raketlərinin təhvil verilməsi nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna  


Bizi "telegram"da izləyin