Kats: "İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq"

2026/04/1776788805.jpg
Oxunub: 170     15:11     19 İyun 2026    
İsrail Müdafiə Ordusu ölkənin şimalındakı yaşayış məntəqələrini "Hizbullah" hərəkatının təhdidlərindən qorumaq üçün Livanın cənubunda öz mövcudluğunu - sahildən Bofort yüksəkliklərinə qədər - qoruyub saxlayacaq.

Ordu.az "The Times of Israel" qəzetinə istinadən məlumatına görə, İsrail müdafiə naziri İsrael Kats bu bəyanatı "Hizbullah" qruplaşmasının gecə hücumları nəticəsində ordunun dörd hərbçisinin həlak olması və daha bir neçəsinin yaralanmasından sonra verib.

"İsrail Müdafiə Qüvvələri şimaldakı yaşayış məntəqələrini qorumaq, təhdidlərin qarşısını almaq və bölgədəki terror infrastrukturunu həm yeraltında, həm də yerüstündə məhv etmək məqsədilə Livandakı təhlükəsizlik zonasında qalacaq (sahil zolağından Bofort yüksəkliklərinədək - red.)", - bəyanatda bildirilib.

Nazir həmçinin qeyd edib ki, İsrail öz hərbçilərinə və mülki vətəndaşlarına zərər vurulmasına yol verməyəcək, "Hizbullah" tərəfindən atəşkəs rejiminin istənilən pozuntusunun qarşısı isə ən sərt tədbirlərlə alınacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kats   İsrail   Livan  


Bizi "telegram"da izləyin